Xəstəxanada tibb bacıları, arxiv şəkli

Bakıda bir ailənin dörd üzvü zəhərləndi

26
(Yenilənib 10:54 29.11.2019)
Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər.

BAKI, 29 noyabr — Sputnik. Biləcəri 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində bir ailənin dörd üzvü zəhərlənib.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kiliki Tibbi Mərkəzə çatdırılıblar.

Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər. Hazırda müalicələri davam edir. 2 saylı uşaq xəstəxanasından verilən məlumata görə, qızlara lazımi tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar. Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

26
PPX

Bakıda koronavirus xəstəsi işindən oldu

27
(Yenilənib 17:47 03.12.2020)
Rayon ərazisində ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi, Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb

BAKI, 3 dekabr — Sputnik. Bakıda ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi, Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

27
Teqlər:
patrul, Bakı, xəstə, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Qəza, arxiv şəkli

Ölümlə başlamamalı idi: Azad edilmiş Zəngilanda ilk yol qəzası

39
İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi "Shacman" markalı yük avtomobilini Oxçu çayının rayon ərazisindən keçən hissəsində körpüdən aşırıb

BAKI, 3 dekabr — Sputnik. Zəngilanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi "Shacman" markalı yük avtomobilini Oxçu çayının rayon ərazisində keçən hissəsində körpüdən aşırıb. Ağır xəsarət alan sürücü hadisə yerində ölüb. Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

39
Teqlər:
sürücü, ölüm, çay, yük avtomobili, qəza, yol, Zəngilan
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0