Qəzaya düşən avtomobil, arxiv şəkli

İmişlidə yol qəzası olub, ölən var

39
(Yenilənib 23:19 28.11.2019)
Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi "Renault Megane" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 28 noyabr — Sputnik. İmişli rayonunda yol qəzası baş verib.

Bilgəhdə qəza
© Sputnik / Irade JELIL

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi "Renault Megane" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

39