Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daşla dolu KAMAZ aşdı, sürücü xəsarət aldı - FOTO

© Sputnik / Irade JELILDaşla dolu KAMAz markalı yük avtomobili çevrilib
Daşla dolu KAMAz markalı yük avtomobili çevrilib - Sputnik Azərbaycan
Abunə olmaq
KAMAZ-ın sürücüsü ağır qəzadan yayınmaq üçün yük avtomobilini yan qaçırmalı olub və idarəetməni itirərək çevrilib.

BAKI, 27 noyabr — Sputnik. Qaradağ postundan Sumqayıta gedən istiqamətdə avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə zamanı daşla dolu 50BN503 dövlət nömrə nişanlı KAMAZ marakalı yük avtomobili çevrilib. Sürücü ağır xəsarət alıb.

© Sputnik / Irade JELILDaşla dolu KAMAz markalı yük avtomobili çevrilib
Daşla dolu KAMAZ aşdı, sürücü xəsarət aldı - FOTO - Sputnik Azərbaycan
Daşla dolu KAMAz markalı yük avtomobili çevrilib

Hadisə şahidlərinin sözlərinə görə, "Prado" markalı avtomobil KAMAZ-ın qarşısına çıxıb. KAMAZ-ın sürücüsü ağır qəzadan yayınmaq üçün yük avtomobilini yan qaçırmalı olub və idarəetməni itirərək çevrilib. Avtomobil qəzaya düşdükdən sonra qəzaya səbəb olan avtomobil sürücüsü heç nə olmamış kimi yoluna davam edib.

Hadisə yerinə polis və təcili tibbi yardım cəlb edilib.

Xəbər lenti
0