Bakıda avtobuslar, arxiv şəkli

Şirkət rəhbərinin fırıldağı üzə çıxdı, sərnişin avtobuslarına həbs qoyuldu

132
(Yenilənib 12:39 26.11.2019)
“İ-Qafqaz” firmasının mülkiyyətində olan ümumi dəyəri 480 min manat məbləğində qiymətləndirilmiş 12 ədəd “Daewoo” markalı daşınar əmlakı üzərinə həbs qoyulub

BAKI, 26 noyabr — Sputnik. Şirkət rəhbərinin qanunsuz əməlləri ifşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada daha sonra deyilir: "Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurlu tətbiqi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə böyük təkan verib.

Bununla yanaşı, bəzi sahibkarlıq subyektləri tərəfindən dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara yol verilməsinə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Avtobuslar qapısı açıq sərnişin daşıya bilməyəcək - Yeni qayda>>

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə “İ-Qafqaz” MMC-nin təsisçisi və direktoru İsmayıl Maqsudovun özü və rəhbəri olduğu hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən sui-istifadə etməklə vergi bəyannamələrinə əsasən firmasının gəliri olmadığı halda maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar təqdim edərək Bakı şəhərində avtobuslarla sərnişin daşıma fəaliyyətini həyata keçirmək təyinatı üzrə kredit verilməsi üçün “Bank of Azerbaijan” ASC-yə müraciət edərək müxtəlif vaxtlarda 853 min manat məbləğində kredit alaraq “Bank of Azerbaijan” ASC-yə külli miqdarda ziyan vurmasına, həmin kreditlər üzrə 1 milyon 244 min manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə “Bank of Azerbaijan” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə İsmayıl Maqsudova Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və “İ-Qafqaz” firmasının mülkiyyətində olan ümumi dəyəri 480 min manat məbləğində qiymətləndirilmiş 12 ədəd “Daewoo” markalı daşınar əmlakı üzərinə həbs qoyulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

132
Bakı

Yeni həftənin ilk gününə olan hava proqnozu açıqlandı

19
Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

BAKI, 25 oktyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 26-da mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

19
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

52
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

52

Prezidentin köməkçisi Ermənistanın müdafiə nazirini ifşa etdi

0
(Yenilənib 11:22 26.10.2020)
Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Ermənistan müdafiə nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılmışdır. Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurmuşdur. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinmişdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, həmçinin, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb:

"Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanmış və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilmişdi. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad etmişdilər.

Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.

Hadrut rayonu ərazisində guya iki nəfər erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan müdafiə nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.

Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyəti Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.

1988-ci ildə SSRİ DTX-nın dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.

Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çağırırıq.

Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.

Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq".

0
Teqlər:
Hikmət Hacıyev, ifşa, yalan, Ermənistan Müdafiə Nazirliyi, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - MN
Rəsmi Bakı: "Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur"
Laçının Səfiyan kəndindəki bölmələrimiz artilleriya atəşinə tutulub
Ermənistan dinc sakinlərimizi yenidən atəşə tutub
Tural Gəncəliyev erməni icmasına müraciət etdi