Təcili tibbi yardım avtomobiləri

Zəhərlənərək ölən tələbənin ailəsinə daha bir bəd xəbər

446
Zəhərlənərək dünyasını dəyişən tələbənin qohumları onun yas mərasimindən qayıdarkən qəzaya düşüblər.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Zəhərlənərək dünyasını dəyişən tələbənin qohumları onun yas mərasimindən qayıdarkən qəzaya düşüblər.

Hadisə Qubanın Xucbala kəndi ərazisində baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bir neçə gün öncə BDU-nun yataqxanasında zəhərlənərək dünyasını dəyişən Şəkər Xasmətovanın qohumları onun dəfnindən qayıdarkən yolda qəza keçiriblər. Mərhumun qohumlarının içərisində olduğu maşın sürüşüb və yoldan çıxaraq dərəyə aşıb.

Dəfndə iştirak edən mərhumun əmisi, Seymur Xasmətovun ürəyində problem yarandığından onu dərhal şəhərə çatdırmaq istəyiblər. Elə qəza da bu zaman baş verib.

Qəza nəticəsində mərhum tələbənin əmisi qızı Ulduz Əliyeva ağır xəsarət alıb. Yaralı dərhal Qusar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Onu da xatırladaq ķi, noyabrın 21-də 20 yaşlı Şəkər Xasmətova Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənərək dünyasını dəyişib.

446