Bakıda Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi

Baş Nazir, paytaxt meri AAYDA rəhbəri gecə insident baş verən ərazidə

123
(Yenilənib 11:19 25.11.2019)
Hazırda Baş Nazir Əli Əsədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və AAYDA rəhbəri Saleh Məmmədov hadisə yeirnə baxış keçirir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr - Sputnik. Paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq qatı sürüşüb. Hadisə bu gecə saat 01.00 radələrində baş verib. 

Sputnik Azərbaycan xəbər verir ki, nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

  • Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən ərazidə
    © Sputnik / Irade JELIL
  • Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən ərazidə
    © Sputnik / Irade JELIL
  • Bakıda Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən ərazidə

Qeyd edək ki, küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb. Həmin avtomaşın artıq uçqunun altından çıxarılıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb.

Hazırda Baş Nazir Əli Əsədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və AAYDA rəhbəri Saleh Məmmədov hadisə yeirnə baxış keçirir.

123