Qəza, arxiv şəkli

Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü, həyat yoldaşı öldü

131
Belə ki, ilkin məlumata görə, qəza zamanı 60AA002 dövlət nömrə nişanlı "Hyundai İX35" markalı avtomobil dərəyə yuvarlanıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, qəza gecə saatlarında Ələt qəsəbəsində baş verib.

Belə ki, ilkin məlumata görə, qəza zamanı 60 AA 002 dövlət nömrə nişanlı "Hyundai İX35" markalı avtomobil dərəyə yuvarlanıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sputnik Azərbaycan-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, avtomobil Tovuz Rayon İcra başçısının birinci müavininə məxsusdur. Qəza zamanı onun həyat yoldaşı və sürücüsü dünyasını dəyişib. Müavin və oğlu isə sağ qalıb.

131