Qəza, arxiv şəkli

Gəncədə ağır qəzada 4 nəfər yaralandı

12
(Yenilənib 21:18 24.11.2019)
“Vaz 2107"  markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili  toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb

BAKI, 24 noyabr — Sputnik. Gəncədə yol qəzası baş verib.

Bilgəhdə qəza
© Sputnik / Irade JELIL

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə şəhərin Qara Qarayev küçəsində qeydə alınıb.

“Vaz 2107"  markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili  toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Gəncə şəhər sakinləri - 1987-ci il təvəllüdlü Rövşən Əhmədov, 1995-ci il təvəllüdlü Amil Abdullayev, 1994-cü il təvəllüdlü Amin Tağıyev, 1998-ci il təvəllüdlü Məhərrəm Avazovdur.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

12