Gəlin, arxiv şəkli

Gəlin maşını qəzaya uğradı Yaralananlar var

25
(Yenilənib 18:59 24.11.2019)
Qəzada Göyçay rayon sakinləri Xələfov Manaf Zakir oğlu və Manafova Aidə İsgəndər qızı xəsarət alıb. Onlar müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar 

BAKI, 24 noyabr — Sputnik. Kürdəmir rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Sakit Məmmədovun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəzada Göyçay rayon sakinləri Xələfov Manaf Zakir oğlu və Manafova Aidə İsgəndər qızı xəsarət alıb. 

Onlar müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, “Toyota Prado” markalı avtomobildə olan sərnişinlər kiçik toy məclisinə gedirlərmiş.

25