Təcili yardım avtomobili, arxiv şəkli

Zəhərlənmə diaqnozu ilə daha bir qız xəstəxanaya çatdırıldı

83
(Yenilənib 20:47 23.11.2019)
Xəstə müayinə olunduqdan sonra dərhal reanimasiya şöbəsinə köçürülüb. Məlumata görə, ona hansısa dərman preparatı, yaxud iynə əks-təsir edib

BAKI, 23 noyabr — Sputnik. Şəkidə zəhərlənmə hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, rayonun Baş Şabalıd kənd sakini, 1996-cı il təvəllüdlü Dəyanət Məmməd qızı Məmmədsoy axşam saatlarında zəhərlənmə əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstə müayinə olunduqdan sonra dərhal reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, 23 yaşlı D.Məmmədsoya hansısa dərman preparatı, yaxud iynə əks-təsir edib. Nəticədə gənc qız zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, iki gün öncə Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında 3 tələbə qız otaqlarında huşsuz vəziyyətlə aşkarlanıb. Ağızlarından qan gələn qızlardan biri dünyasını dəyişib, qalan ikisi isə xəstəxanaya yerləşdirilib. Onlara zəhərlənmə diaqnozu qoyulsa da, konkret zəhərləmə mənbəyi açıqlanmayıb.

83