Bilgəhdə qəza

Bilgəhdə ağır qəza can aldı

52
Hadisə yerində araşdırma aparan polis ilkin ehtimal kimi qəzaya yüksək sürətin səbəb olduğunu bildirib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Bilgəhdə ağır qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Sputnik Azərbaycan bildirir ki, hadisə bu gün günorta saatlarında baş verib. Əks istiqamətlərdə hərəkət edən iki "VAZ" avtomobili toqquşub. Nəticədə sürücülərdən biri ölüb, digəri isə ağır xəsarət alıb. Yaralının xəstəxanaya çatdırıldığı bildirilir.

Hadisə yerində araşdırma aparan polis ilkin ehtimal kimi qəzaya yüksək sürətin səbəb olduğunu bildirib.

52