Təcili tibbi yardım

Xəstəxanaya yerləşdirilən şəxslərdən xəbər var

17
(Yenilənib 12:48 22.11.2019)
Sumqayıtda baş verən qəza nəticəsində yaralanan 3 nəfər reanimasiya, bir nəfər travmatologiya şöbəsinə yerləşdirilib

BAKI, 22 noyabr — Sputnik. Gecə saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qəza baş verib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

17