Bakının Ziya Bünyadov prospektində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib

Bakıda 7 maşın bir-birinə girdi, tıxac yarandı

19
(Yenilənib 12:27 22.11.2019)
Havanın yağışlı və yolların sürüşkən olması səbəbindən eyni istiqamətdə hərəkət edən digər beş avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyiblər

BAKI, 22 noyabr — Sputnik. Bakının Ziya Bünyadov prospektində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, “Nissan” markalı minik avtomobili metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Havanın yağışlı və yolların sürüşkən olması səbəbindən eyni istiqamətdə hərəkət edən digər beş avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyiblər.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

  • Bakının Ziya Bünyadov prospektində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib

1 / 4
Bakının Ziya Bünyadov prospektində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib

Baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb.

19