Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Lotu Quli”nin dəstəsinin üzvü Rusiyada yaxalandı – Ölüm işinə görə

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Samarada 1962-ci il təvəllüdlü Ukrayna vətəndaşı həbs edilib. O, Gürcüstanda ölüm işi ilə bağlı beynəlxalq axtarışda olub

BAKI, 18 noyabr — Sputnik. Samara vilayətinin Fedaral Təhlükəsizlik Xidmətinin əməkdaşları kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun nəzarətində olan mütəşəkkil cinayətkar qruplaşmanın üzvünü saxlayıb.

Руководитель центра по противодействию экстремизму по Ингушетии Ибрагим Эльджаркиев - Sputnik Azərbaycan
RUSİYA
Sifarişli qətl: İnquşetiyanın ekstremizmlə mübarizə mərkəzinin rəhbəri öldürüldü – VİDEO

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü Ukrayna vətəndaşı həbs edilib. O, Gürcüstanda ölüm işi ilə bağlı beynəlxalq axtarışda olub. Saxlanılan şəxs haqqında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 210.1 maddəsi ilə cinayət işi açılıb.

Təhqiqat nəticəsində məlum olub ki, saxlanılan şəxs Rusiyadan kənarda olmasına baxmayaraq, Moskvada və Rusiyanın digər regionlarında cinayət işi ilə məşğul olmuş kriminal aləmin idarə olunması, təşiklatlanması və əlaqələrin qurulmasında iştirak edib.

Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Nadir Səlifov barəsində Cinayət Məcəlləsinin 201.1-ci maddəsi (cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq) ilə cinayət işi başlayıb. İstintaqın məlumatına görə, Nadir Səlifov Rusiyadan kənarda yaşasa da, cinayətkar aləmdəki nüfuzundan istifadə edərək Moskva və Rusiyanın digər regionlarında cinayətkar fəaliyyətlə məşğul olub.

Qətl günü rastına çıxan ilk maşına oturub Bakıya uçmaq üçün hava limanına tələsən adam>>

Rusiyadan kənarda gizləndiyi bildirilən Nadir Səlifov 2017-ci ildən beynəlxalq axtarışa verilib və onun barəsində məhkəmə qiyabi həbs qərarı çıxarıb.

Rusiya KİV-in məlumatına görə, Nadir Səlifov sonradan soyadını dəyişdirərək İsmayılov edib.

Xəbər lenti
0