CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət komitəsi uçmuş yataqxana ilə bağlı rəsmi açıqlama verdi

© Sputnik / Irade JELILYataqxana sakini
Yataqxana sakini - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Komitəsi yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin respublika ərazisində müxtəlif qəsəbələrdə, fövqəladə hallar üçün nəzərdə tutulmuş boş mənzil fondunda müvəqqəti yerləşdirilməsi istiqamətində iş aparır

BAKI, 12 noyabr — Sputnik. Bakının Nərimanov rayonu, Nazim Hacıyev 6 ünvanındakı yataqxanada uçqun baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsində baş verib. 47 saylı otaqda 16 kvadratmetrlik ərazidə tavan çöküb. Qeyd edək ki, yataqxanada Cəbrayıl, Zəngilan və Laçın rayonlarından olan məcburi köçkünlər məskunlaşıblar.

Prezident İlham Əliyev və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident İlham Əliyev: "Biz üçüncü variant üzərində dayanmalıyıq"

Bina Fövqəladə Hallar Nazirliyinin qəzalı binalar siyahısındadır. Binanın qəzalı olması barədə müvafiq akt tərtib olunaraq aidiyyəti qurumlara təqdim edilib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsinin noyabrın 11-də çökməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar. Hazırda həmin yataqxanada müvəqqəti məskunlaşmış 17 məcburi köçkün ailəsinin vəziyyəti ilə bağlı yerində araşdırma aparıblar.

Məlum olub ki, binanın dam örtüyünün çökən hissəsindəki yaşayış sahəsində məskunlaşmış şəxs əslən Cəbrayıl rayonundandır, lakin məcburi köçkün deyil. Yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib.

Dövlət Komitəsi yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin respublika ərazisində müxtəlif qəsəbələrdə, fövqəladə hallar üçün nəzərdə tutulmuş boş mənzil fondunda müvəqqəti yerləşdirilməsi istiqamətində iş aparır.

Xəbər lenti
0