Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yoldaşını xilas etmək istəyən fəhlə canından oldu

© Sputnik / Fuad HasanovKanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb - Sputnik Azərbaycan
Abunə olmaq
Kanalizasiya quyusuna düşən fəhlə orada əmələ gələn qazın təsirindən huşunu itirib. Yoldaşını quyudan çıxarmağa çalışan digər fəhlə də onunla birlikdə həlak olub

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 11-də səhər saat 8 radələrində Bakının Xətai rayonunda yerləşən "Ağ şəhər"də ölüm hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, orada fəhlə işləyən 1993-cü il təvəllüdlü Cavad İlyaslı çirkab sularının axıdılması üçün quyuya düşüb, orada əmələ gələn qazın təsirindən huşunu itirərək çıxa bilməyib.

Ona kömək etmək üçün quyuya düşən fəhlə yoldaşı, 1974-cü il təvəllüdlü Camaladin Molayev də quyuda qazın təsirindən huşunu itirib. Onlar quyuda qalaraq ölüblər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər quyudan çıxarılıb.

Məsələ ilə bağlı Baş Prokurorluqdan Sputnik Azərbaycan-a bildirilib ki, dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 162.3-cü (Əmək mühafizəsi qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər Prokurorluğuna tapşırılıb.

Xəbər lenti
0