Самолет Boeing 787 Dreamliner

Nyu-York-Bakı təyyarəsi Gəncədə enməli oldu

33
(Yenilənib 11:08 10.11.2019)
Güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hal-hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir

BAKI, 10 noyabr — Sputnik. Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilir ki, "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.

Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin olunublar. Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub və saat 10:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.

Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hal-hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.

33
Teqlər:
duman, Nyu-York, Bakı, Gəncə, "Boeing", AZAL, təyyarə
Əlaqədar
Bakı-Moskva reysində olay: Təyyarə təcili Volqoqrada endi
Təyyarədə ayaqyolu növbələrinə qəribə çarə - kamera
Bakıdan Dubaya uçan təyyarə İranda təcili eniş edib
Bir yaşlı körpə təyyarədə öldü
"Boeing" ölüm təyyarəsinə çevrilir - İndi də çat tapıldı
Su kanalı, arxiv şəkli

Göyçayda həyat dramı: polis olmasaydı...

5
(Yenilənib 13:49 04.06.2020)
Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq, polis əməkdaşı vaxt itirmədən öz şəxsi avtomobili ilə onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıb

BAKI, 4 iyun — Sputnik. Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Etibar Əmirov Elman Əhmədov şəhər ərazisində xidmət aparan zaman bir azyaşlının su kanalında boğulduğunu görüblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumatına istinadla xəbər verir ki, Etibar Əmirov dərhal həmin azyaşlını sudan çıxarıb, ona ilkin tibbi yardım göstərib. Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq, polis əməkdaşı vaxt itirmədən öz şəxsi avtomobili ilə onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin də müdaxiləsi ilə körpənin həyatı xilas edilib.

Polis əməkdaşları azyaşlının valideynləri ilə profilaktik söhbətlər aparıb, nəzarətsiz buraxmamaları barədə təlimatlandırıblar. Uşağın valideynləri də övladlarının həyatını xilas etdiyi üçün asayiş keşikçisinə öz minnətdarlıqlarını bildiriblər.

5
Əlaqədar
Qaxlı ailə iki qızını birdən itirdi
Neftçalada faciə: ata ilə beş yaşlı oğlu həlak oldular
Lüksemburq kəndi yaxınlığında ağır qəza, 6 yaşlı Hüseyn öldü
Qubada 13 yaşlı uşağın ölüm səbəbi bilindi
Göyçayda məktəbli kanalda boğuldu
Turqay Ağayevin evindən götürülən çətənə kolları

Beşmərtəli evin altıncı mərtəbəsi ya Pedronun arzuları

122
(Yenilənib 11:09 04.06.2020)
Dindirilmə zamanı T.Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib

BAKI, 4 iyun — Sputnik. Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə xüsusi aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

© AR Ministry of Internal Affairs
"Pedro" ləqəbli Turqay Ağayev

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla onun həmin qəsəbə sakini, "Pedro" ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı T.Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən T.Ağayev tərəfindən dibçəklərdə əkilmiş 8 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

122
Əlaqədar
Bakıda ata dilənmək istəməyən oğlunu bıçaqlayıb
Qardaş "hədiyyəsi" belə ağır olmamalı idi - FOTO
İt döyüşdürənin üzərindən narkotik çıxdı
Kreativlik nümayiş etdirmiş Balakən sakini saxlanıldı
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanılıb
Bakı bulvarı, arxiv şəkli

Hava ilə pandemiya əl-ələ verib: camaatı evə qovurlar

0
(Yenilənib 15:10 04.06.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyunun 5-6-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 4 iyun — Sputnik. İyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

5 iyunda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyunun 5-6-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

0
Teqlər:
hava proqnozu