Qandal, arxiv şəkli

Bütün ölkəni silkələyən dəhşətli videonu yayan adam saxlanıldı

190
(Yenilənib 19:32 08.11.2019)
Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

BAKI, 8 noyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, oktyabrın 8-də Gəncədə şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunmuş, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.

Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünün sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

190
 Təcili Tibbi Yardım avtomobili

Qusarda bədbəxt hadisə: bir uşaq öldü, ikisi yaralandı

10
A.Əlisultanov açıq kəllə-beyin travması alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər

BAKI, 31 may — Sputnik. Qusarda hasarın aşması nəticəsində faciə baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, rayonun Cibir kəndində baş verən hadisə zamanı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən, təxminən, 9-10 il əvvəl mişar daşı ilə hörülmüş hasar, həmçinin hasarın tərkib hissəsi olan daş tumbalar və dəmir qapı uçub.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travması alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi həyət Valəddin Şeydayevə məxsusdur.

10
Ayı, arxiv şəkli

Şəkini lərzəyə salan ayıdan təzə xəbər

50
(Yenilənib 11:44 31.05.2020)
"Vəhşi heyvanların yaşayış məntəqələrində, şəhərlərdə görünməsinə dünyanın hər yerində rast gəlinir" - İradə İbrahimova

BAKI, 31 may — Sputnik. "Ən son məlumata görə, ayı yuxuya gedib. Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılasınlar, təmkinli olsunlar".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, vəhşi heyvanların yaşayış məntəqələrində, şəhərlərdə görünməsinə dünyanın hər yerində rast gəlinir. Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin.

"Ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq. Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman müşahidə olunur". Bunu isə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

“Qeyd edək ki, qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin. Ayının sağ-salamat Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.

Xatırladaq ki, ötən gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Onun təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub.

50
Əlaqədar
Boş qalmış Qəbələnin sürpriz gecə qonağı – VİDEO
Şəkinin mərkəzində çaxnaşma: şəhərdə ayı gəzir - VİDEO
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp dünya ölkələrini toplayır Çinə qarşı yeni ittifaq

0
(Yenilənib 12:39 31.05.2020)
"Mənə elə gəlir ki, "G7" dünyada baş verənləri tam olaraq əhatə edə bilmir. Bu, olduqca köhnəlmiş ölkələr qrupudur" -  Tramp

BAKI, 31 may — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp "G7" sammitini sentyabra qədər təxirə salacağını və sammitə dörd ölkə dəvət edəcəyini bildirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Prezident "G7" haqqında bəzi məlumatlar verdi və bizə onu yayımlamağa icazə verdi. O, sammiti sentyabra qədər təxirə salır və oraya Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanı dəvət etməyi planlaşdırır", - deyə Prezident xəbərlərini işıqlandıran jurnalistlər bildiriblər.

"Mənə elə gəlir ki, "G7" dünyada baş verənləri tam olaraq əhatə edə bilmir. Bu, olduqca köhnəlmiş ölkələr qrupudur", - deyə Tramp vurğulayıb.

Öz növbəsində Ağ Evin strateji kommunikasiyalar üzrə direktoru Alissa Fara isə bəyan edib ki, genişləndirilmiş ölkələr qrupunun iclası Çinlə bağlı məsələləri müzakirə etməyə imkan verəcək.

"Alissa Fara bildirdi ki, sammit Çinin gələcəyi ilə nə etməli olduğumuz barədə danışmaq üçün bizim ənənəvi müttəfiqlərimizi bir araya gətirəcək", - Prezident pulu jurnalistləri deyiblər.

Qeyd edək ki, Almaniya Kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın G7 sammitinə dəvətini qəbul etməyib.

"Federal Kansler Vaşinqtonda iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan G7 sammitinə dəvəti üçün Prezident Trampa təşəkkür edir. Hazırda ümumi pandemiya vəziyyətini nəzərə alaraq, Angela Merkel Vaşinqtona səfərə və bu sammitdə iştirakına razı deyil. Əlbəttə ki, xanım Merkel pandemiyanın inkişaf xəttini izləməyə davam edəcək", - deyə Almaniya hökumətinin sözçüsü Steffen Seibert qeyd edib.

0
Əlaqədar
“Mən Putinin xoşuna gəlirəm, amma o mənim qələbəmi istəmir”
ABŞ G7 sammitinin vaxtını dəyişdi
Donald Tramp "Twitter"in bağlanılmasını istisna etməyib
Dünyanın iki nəhəng dövlətinin liderləri mübahisə ediblər
Vəssalam. Tramp bütün əlaqələri kəsdi