CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda evdən doqquz min dollara yaxın pul oğurlayan şəxs saxlanılıb

Abunə olmaq
Bir ay əvvəl edilən oğurluğun üstü açılıb. 8900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb

BAKI, 8 noyabr — Sputnik. Bakıda evdən 8900 ABŞ dolları oğurlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən oktyabrın 7-də rayon ərazisindəki evlərin birindən 8900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Cahangirzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0