Bişkekin mərkəzində baş verən partlayış nəticəsində Antoşka fəst-fudunda yanğın baş verib

Fast-fudda qaz balonu partladı, əksəriyyəti uşaq olan müştərilər xəsarət aldı

1958
(Yenilənib 15:10 08.11.2019)
Bişkekin mərkəzində baş verən partlayış nəticəsində "Antoşka" fəst-fudunda yanğın baş verib, 1 nəfər ölüb, 13 nəfər isə xəsarət alıb.

BAKI, 8 noyabr — Sputnik. Bişkekin mərkəzində Çuy və Erkindik prospektlərinin kəsişməsində üç partlayış baş verib və nəticədə "Antoşka" fast-fudunda (fast-food) yanğın olub.

Sputnik Qırğızıstan- xəbər verir ki, yerli vaxtla təqribən saat 13:38-13:39 radələrində birinci partlayış, bir müddət sonra isə daha iki partlayış baş verib.

İlkin informasiyalara görə, fast-foodun içərisində təxminən 10 dəqiqə ara ilə iki qaz balonu partlayıb və bu, yanğına səbəb olub.

Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, partlayış nəticəsində fast-fudun qadın əməkdaşı hadisə yerindəcə ölüb, 7-si uşaq olmaqla 13 nəfər xəsarət alıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib, qalanlara isə ambulator şəraitdə tibbi yardım göstərilib.

İki nəfər Bişkek Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Onlara bədənin 25-30 faizinin yanığı diaqnozu qoyulub, vəziyyətləri ağırdır. Yanıq şöbəsinə dərisinin 3-15 faizinin yanması diaqnozu ilə daha 3 zərərçəkmiş yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Toksikologiya şöbəsinə isə yanğın zamanı tüstüdən zəhərlənən 1 zərərçəkmiş gətirilib ki, onun da vəziyyəti orta-ağırdır. Partlayış zamanı xəsarət almış uşaqlardan üçünün şəhər uşaq kliniki xəstəxanasına aparıldığı və ilkin tibbi yardım göstərildiyi bildirilir.

  • В центре Бишкека произошло три мощных взрыва
    Bişkekin mərkəzində baş verən partlayış nəticəsində "Antoşka" fəst-fudunda yanğın baş verib
    © Sputnik / Zhoomart Uraimov
  • Три взрыва прогремели в кафе в Бишкеке
    Bişkekin mərkəzində baş verən partlayış nəticəsində "Antoşka" fəst-fudunda yanğın baş verib
    © Sputnik. © Sputnik / Zhoomart Uraimov
  • Сотрудники МЧС возле кафе Антошка на пересечении улиц Чуй и Эркиндик в Бишкеке, где произошли три взрыва и пожар.
    Bişkekin mərkəzində baş verən partlayış nəticəsində "Antoşka" fəst-fudunda yanğın baş verib
    © Sputnik. Tabyildyi Kadyirbekov
  • Три взрыва прогремели в кафе в Бишкеке
    Bişkekin mərkəzində baş verən partlayış nəticəsində "Antoşka" fəst-fudunda yanğın baş verib
    © Sputnik. Tabyildyi Kadyirbekov
1 / 4
© Sputnik / Zhoomart Uraimov
Bişkekin mərkəzində baş verən partlayış nəticəsində "Antoşka" fəst-fudunda yanğın baş verib

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası, təcili tibbi yardım maşınları və milis əməkdaşları cəlb olunub.

Baş nazirin müavini Muhəmmədkalı Abılqazıyev Səhiyyə Nazirliyinə yanğından zərər çəkmiş şəxslərə zəruri tibbi xidmətin göstərilməsi və zərərçəkmişlərin müalicə edilməsi ilə bağlı təlimat verib. O, həmçinin müvafiq orqanlara partlayışın və yanğının başvermə səbəblərini araşdırmağı tapşırıb.

1958