Xəstəxana, arxiv şəkli

Bakıda xəstə yaxınları həkimlərə hücum çəkdilər

45
(Yenilənib 13:33 07.11.2019)
"Reanimasiya şöbəsində bir neçə ağır xəstə var, bu şöbəyə giriş qadağandır. Həkimlər sakitləşdirməyə çalışarkən təhqir olunublar. Yalnız mühafizəçilərin müdaxiləsi ilə onları şöbədən çıxarmaq mümkün olub" - Baş həkim

BAKI, 7 noyabr — Sputnik. Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin yaxınları tərəfindən təhqir ediliblər. Ötən gün 23:30-da baş verən hadisə haqda Sputnik Azərbaycan-a danışan xəstəxananın baş həkimi Bəyalı Məmmədov deyib ki, 1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub: "Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib, şəkəri normal vəziyyətə salınıb. Mən və müavinlərim bir neçə dəfə xəstənin vəziyyətinə şəxsən nəzarət etmişik".

Onun sözlərinə görə, gecə xəstənin anası və daha 4 kişi qohumu reanimasiya şöbəsinə keçməyə cəhd ediblər. Kişilər sərxoş vəziyyətdə olduğundan dava salıblar: "Reanimasiya şöbəsində bir neçə ağır xəstə var, bu şöbəyə giriş qadağandır. Həkimlər sakitləşdirməyə çalışarkən təhqir olunublar. Yalnız mühafizəçilərin müdaxiləsi ilə onları şöbədən çıxarmaq mümkün olub".

Məlumata görə, E.Yusifova bir neçə gün əvvəl yenə də ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasına gətirilib və ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, amma şəkəri normal vəziyyətə düşən kimi müalicədən imtina edib: "Həkimlərin təkidinə baxmayaraq imtina ərizəsi yazaraq müalicə olunmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini deyib".

Qeyd edək ki, E.Yusifova hazırda həkim nəzarətindədir, müayinə və müalicəsi davam etdirilir.

45
Əlaqədar
Azərbaycanda həkimə ancaq çarəsiz suriyalı qaçqınlar müraciət edirlər
Həkimlər yeni qayda ilə işə götürüləcək
Həkim-firma işbirliyi: Cinayətkar tandem gələcəyimizi məhv edir
Həkimə getmək qorxusu: elmi sınıqçı, çöpçü, falçı yanına getməklə əvəzləyirik
Ətir, arxiv şəkli

Gözünə sıçrayan ətir qadının xəstəliyini üzə çıxardı

9
(Yenilənib 14:21 03.08.2020)
Həkimlər müayinə zamanı qadının gözündə şişin (melanoma) olduğunu müəyyən edir. Ertəsi gün isə qadının gözünü əməliyyatla götürməli olurlar.

BAKI, 3 avqust — Sputnik. Bir neçə il bundan əvvəl Böyük Britaniyanın Satton Kolfild şəhərinin sakini 56 yaşlı Kerol Pleyerin gözünə təsadüfən ətir tökülür və bu onun ömrünü uzadır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, gözünə ətir töküldükdən sonra qadın pis görməyə başlayır və o, buna görə həkimə gedir. Həkimlər müayinə zamanı qadının gözündə şişin (melanoma) olduğunu müəyyən edir. Ertəsi gün isə həkimlər qadının gözünü əməliyyatla götürməli olurlar. Həkimlər qadını əmin ediblər ki, onun uzun müddətli müalicəyə ehtiyacı yoxdur.

Ancaq 2019-cu ilin payızında Kerolun yenidən sağlamlığı ilə bağlı problemləri üzə çıxıb. Qadında yenidən onkoloji xəstəlik aşkar edilib. Onun qaraciyərinin bir hissəsini çıxarsalar da, xəstəlik aqressivləşməyə başlayıb. Hazırda onun yaxınları müalicə üçün pul yığır.

9
Автобус, попавший в ДТП. Архивное фото

Paytaxtda qəza: Sərnişin avtobusları toqquşdu

99
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıblar

BAKI, 3 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusunun toqquşması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

99
Əklil

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat edib

0
Sabiq məmur müalicə məqsədilə Türkiyəyə aparılıb. Lakin həmin ölkədə aparılan müalicə nəticəsiz qalıb

BAKI, 3 avqust — Sputnik. Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyev vəfat edib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, o, bu gün dünyasını dəyişib.

F.Nəbiyev bir müddət xəstəlikdən əziyyət çəkib. O, müalicə məqsədilə Türkiyəyə aparılıb. Lakin həmin ölkədə aparılan müalicə nəticəsiz qalıb. 

0