Yanan maşın

Qaz xəttinə çırpılan avtomobil yandı - FOTO

28
(Yenilənib 14:44 07.11.2019)
Qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib

BAKI, 7 noyabr — Sputnik. Ötən gecə, saat bir radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsinin Qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Qaz xəttinə çırpılan avtomobil yanıb
© Azerigaz CJSC
Zədələnən qaz xətti

Bildirilib ki, nəticədə qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib. Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub.

28
Əlaqədar
Pambıqyığan kombaynla qaz xəttini zədələdilər
Sel qaz xəttini ikiyə böldü
Xaçmazda qaz xəttini texnika zədələdi
Güclü külək ağacı qaz xəttinin üzərinə aşırdı
Ətir, arxiv şəkli

Gözünə sıçrayan ətir qadının xəstəliyini üzə çıxardı

9
(Yenilənib 14:21 03.08.2020)
Həkimlər müayinə zamanı qadının gözündə şişin (melanoma) olduğunu müəyyən edir. Ertəsi gün isə qadının gözünü əməliyyatla götürməli olurlar.

BAKI, 3 avqust — Sputnik. Bir neçə il bundan əvvəl Böyük Britaniyanın Satton Kolfild şəhərinin sakini 56 yaşlı Kerol Pleyerin gözünə təsadüfən ətir tökülür və bu onun ömrünü uzadır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, gözünə ətir töküldükdən sonra qadın pis görməyə başlayır və o, buna görə həkimə gedir. Həkimlər müayinə zamanı qadının gözündə şişin (melanoma) olduğunu müəyyən edir. Ertəsi gün isə həkimlər qadının gözünü əməliyyatla götürməli olurlar. Həkimlər qadını əmin ediblər ki, onun uzun müddətli müalicəyə ehtiyacı yoxdur.

Ancaq 2019-cu ilin payızında Kerolun yenidən sağlamlığı ilə bağlı problemləri üzə çıxıb. Qadında yenidən onkoloji xəstəlik aşkar edilib. Onun qaraciyərinin bir hissəsini çıxarsalar da, xəstəlik aqressivləşməyə başlayıb. Hazırda onun yaxınları müalicə üçün pul yığır.

9
Автобус, попавший в ДТП. Архивное фото

Paytaxtda qəza: Sərnişin avtobusları toqquşdu

99
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıblar

BAKI, 3 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusunun toqquşması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

99
Haker, arxiv şəkli

İki ölkənin gizli ticarət sənədləri oğurlandı səsi bir il sonra çıxdı

0
(Yenilənib 22:18 03.08.2020)
Mənbələr bildiriblər ki, hakerlər ötən il iyulun 12-dən oktyabrın 21-dək Foksun poçt hesabına bir neçə dəfə daxil ola biliblər

BAKI, 3 avqust — Sputnik. ABŞ və Böyük Britaniya arasında ticarətə dair gizli sənədlərin oğurlanmasında rus hakerlər şübhəli bilinirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Telegraph iki mənbəyə istinadən yazır.

Qəzetin yazdığına görə, sənədlər Britaniyanın keçmiş ticarət naziri Liam Foksun elektron poçtundan oğurlanıb. Eyni zamanda həmin sənədlər barədə məlumat Birləşmiş Krallıqda 2019-cu ildə keçirilmiş parlament seçkisi ərəfəsində üzə çıxıb.

Mənbələr bildiriblər ki, hakerlər ötən il iyulun 12-dən oktyabrın 21-dək Foksun poçt hesabına bir neçə dəfə daxil ola biliblər. Oğurlanan məlumatlar arasında Amerika və Britaniya tərəflərinin ticari danışıqlarını əhatəli şəkildə əks etdirən altı sənəd paketi olub.

 

0