Sındırılmış pəncərə şüşəsi, arxiv şəkli

Bakıya gələnlərin düşdüyü qəza qubernatorun nəzarətinə götürüldü

29
Stavropoldakı azərbaycanlıların "Odlar yurdu" diaspor təşkilatının sədri Fəxrəddin Yarıyevin dediyinə əsasən, avtobus minik avtomaşını ilə toqquşduqdan sonra yoldan çıxıb və ağaca dəyib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, qəza nəticəsində 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib. Məlumata görə, yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir.

Stavropoldakı azərbaycanlıların "Odlar yurdu" diaspor təşkilatının sədri Fəxrəddin Yarıyevin dediyinə əsasən, avtobus minik avtomaşını ilə toqquşduqdan sonra yoldan çıxıb və ağaca dəyib. 

Disapor nümayəndələri artıq bölgənin qubernatoru ilə hadisə barədə əlaqə saxlayıblar və olay onun nəzrətinə götürülüb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Rostov-Bakı marşrutu ilə sərnişin daşıyan mikroavtobus Bakı Beynəlxalq Avtovağzalından çıxmayıb: "Biz hadisə barədə araşdırma apardıq. Bu avtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub. Sərnişinlərin öz sifarişi əsasında onları aparıb".

29