Əldə bıçaq, arxiv şəkli

Noyabr yaxşı başlamadı - arvadını öldürüb, həmyerlisini özünü bıçaqladı

15
(Yenilənib 17:01 02.11.2019)
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Hüseynov saxl​anılıb.

BAKI, 2 noyabr — Sputnik. Noyabrın 1- də Salyan şəhərində qətl hadisəsi baş verib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Salyan şəhər sakini N.Hüseynov evində ailə münaqişəsi zəminində arvadı İ.Hüseynovanı bıçaqla qətlə yetirib. Bundan sonra o həmyerlisi Z.Sadıqova və özünə xəsarət yetirib. Z.Sadıqov aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

​​Məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

​​Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Hüseynov saxl​anılıb.

Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

15