Ərəb turisti, arxiv şəkli

Gecə əyləncəsi ərəb turistə düşmədi

17
(Yenilənib 20:25 01.11.2019)
Ərəb turist "İnfiniti” gecə klubunda olarkən iş rejimini pozub, sonra döyülərək polisə şikayətə gedib

BAKI, 1 noyabr — Sputnik. Bakıda gecə klubunda mühafizəçi ərəb turisti döyüb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən “İnfiniti” gecə klubunda qeydə alınıb.

Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı Faisal Abdul Azizi həmin klubun iş rejimini pozub. O, mühafizəçilərin klubdan çıxmaqla bağlı tələblərinə məhəl qoymayıb. Nəticədə mühafizəçi ərəb turisti döyüb.

Döyülən şəxs polisə şikayət edib. Faktla bağlı araşdırma aparılır.

17