CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağışlı hava işıqforların işində problem yaratdı

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidİşıqfor
İşıqfor - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur

BAKI, 1 noyabr — Sputnik. Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Xəbər lenti
0