Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sosial şəbəkədə xəbəri yayılan cinayətkarı polis yaxaladı

© AP Photo / Darko BandicСотрудники полиции в Баку, фото из архива
Сотрудники полиции в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaqla Rafail Tanrıverdiyevin yaşadıqları evdə ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı Mənzərə Tanrıverdiyevaya xəsarət yetirməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub

BAKI, 26 oktyabr — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu əri tərəfindən xəsarət yetirilmiş qadınla bağlı məlumat yayıb.

Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
Daşkəsəndə qadın övladlarına bıçaqla işgəncə verdi

Sputnik Azərbaycan-a Baş Polis İdarəsindən verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə əri tərəfindən xəsarət yetirilmiş qadının xəstəxanaya yerləşdirilməsi barədə xəbərlər yayılıb: "Oktyabrın 25-də saat 16 radələrində 1983-cü il təvəllüdlü Tanrıverdiyeva Mənzərə Rövşən qızının kəsilmiş-deşilmiş xəsarətlə müalicə müəssisəsinə yerləşdirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. İstintaqla Rafail Tanrıverdiyevin yaşadıqları evdə ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı Mənzərə Tanrıverdiyevaya xəsarət yetirməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub. R.Tanrıverdiyev müdafiəçinin iştirakı ilə dindirilərkən həyat yoldaşına bədən xəsarəti yetirməsini etiraf edib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir".

Xəbər lenti
0