Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda itkin düşən adamın meyiti quyudan tapıldı

© pixabay / FreestocksSu quyusu
Su quyusu - Sputnik Azərbaycan
Abunə olmaq
Tanışı Elvinə boğaz nahiyəsindən ölümcül xəsarət yetirib və onu dərin quyuya atıb. Nəticədə E.Həbibzadə hadisə yerində keçinib

BAKI, 26 oktyabr — Sputnik. Bakının Xəzər rayonunda su quyusundan meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, oktyabrın 25-də FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda 3 ay əvvəl itmiş kişi tapıldı
 Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

32 yaşlı Həbibzadə Elvin Nazim oğlu təxminən 10 gün əvvəl Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsindən çıxıb və bir daha geri qayıtmayıb. Onun həmin vaxtdan itkin düşdüyü hesab edilib. Aparılan araşdırmalar zamanı isə E.Həbibzadənin bir tanışı tərəfindən öldürüldüyü dəqiqləşib. Belə ki, tanışı Elvinə boğaz nahiyəsindən ölümcül xəsarət yetirib və onu dərin quyuya atıb. Nəticədə E.Həbibzadə hadisə yerində keçinib.

Hazırda faktla əlaqədar istintaq araşdırmaları aparılır. Cinayəti törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığı bildirilir.

Xəbər lenti
0