Bakı Dövlət Universiteti

BDU-nun sabiq rektoru vəfat edib

59
(Yenilənib 20:03 24.10.2019)
F.Səməndərov 1992-1993-cü illərdə BDU-nun rektoru olub. O, BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiri vəzifəsində çalışıb

BAKI, 24 oktyabr — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə BDU-nun Hüquq fakültəsinin dekan müavini Toğrul Vəliyev məlumat verib. 

O qeyd edib ki, F. Səməndərov bu gün 80 yaşında vəfat edib.

Бывший ректор БГУ, доктор юридических наук, профессор Фирудин Самандаров
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov

Xatırladaq ki, F. Səməndərov 1992-1993-cü illərdə BDU-nun rektoru olub. O, BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiri vəzifəsində çalışıb.

59
Ov tüfəngi

Qazax səhəri atəş səsi ilə açdı Bu dəfə ər arvadını güllələyib

10
(Yenilənib 10:06 04.08.2020)
Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKI, 4 iyul – Sputnik. Qazax rayonunda qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Belə ki, 49 yaşlı Osmanlı Ayaz Kərəm oğlu həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güllələyib. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Artıq Osmanlı Ayaz polis tərəfindən saxlanılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

10

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

8
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

8
Neft

Azərbaycan nefti 45 dollara satılır

0
(Yenilənib 12:49 04.08.2020)
"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

BAKI, 4 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 45,39 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0