Telefon danışığı, arxiv şəkli

İtaliyadan ilginc məlumat: Rövşən Lənkəranski ilə bağlı daha bir sirr açıldı

3780
(Yenilənib 20:06 18.10.2019)
Mənbə: Rusiya İstintaq Komitəsi, demək olar ki, Rus mafiyasının "xaç atası" Aslan Usoyanın qətlinin üstünü açıb

BAKI, 18 oktyabr — Sputnik. Rusiya İstintaq Komitəsi, demək olar ki, kriminal kral, Rus mafiyasının "xaç atası" Aslan Usoyanın (Ded Hasan) qətlinin üstünü açıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya KİV-ləri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, istintaq qətlin sifarişçisi qismində Ded Hasanın qatı düşməni olan Merab Suxumski ləqəbli "qanuni oğru" Merab Canqveladzeni nəzərdən keçirir. Bu informasiyanı İtaliyadan rəsmən alınan telefon dinləmələrinin nəticəsi də təsdiqləyir. Karabinerlər Suxumski İtaliyada yaşayarkən onun Rusiya həbsxanasında cəza çəkən Tariel Oniani (ləqəbi Taro) ilə olan telefon danışıqlarını qeydə alıblar. Bu danışıqlardan aydın olub ki, Suxumski Ded Hasanla qarşıdurmadan bəhs edir, Taro isə cavabında deyir: "Onu aradan götürün və bütün problemlər yox olacaq". Qeyd olunur ki, bundan sonra Suxumski kriminal krala sui-qəsdin təşkili ilə məşğul olur.

Nəşrin yazdığına görə, Ded Hasanın qətlinin sifarişçisini Taqan mütəşəkkil cinayətkar qrupunun (TMCQ) istintaq fəaliyyəti zamanı aşkarlamaq mümkün olub. Aydın olub ki, baş mafiozun vurulduğu silah - səssiz "Val" avtomatı məhz ona məxsusdur. Bu avtomatdan 2009-cu ilin mayında "qanuni oğru" Andrey Qolubevin (ləqəbi Skif) güllələnməsində istifadə edilib.

MCQ-nın üzvləri dindirilmə zamanı qeyd ediblər ki, onların lideri İqor Jirnokleyev (ləqəbi Jirnı, yəni Gömbul- red.) olduqca qənaətcil bir insan idi, buna görə də istifadə olunan silahları atmamağı və növbəti dəfəyə qədər (yəni növbəti cinayəti törədənə qədər - red.) qədər gizlətməyi əmr edirdi.

2010-cu ilin payızında Jirnı öz briqadasına əmr edib ki, Hasanı izləsinlər və onlara hücum üçün silah da verib. Bir müddət sonra killerlər kriminal kralı ağır yaralayıblar, lakin o ölməyib. 2012-ci ilin sonlarında isə tarix təkrarlanıb: Jirnının göstərişi ilə qruplaşma Hasanı izləməyə başlayıb, yanvar ayında isə "Val" avtomatı gizlədildiyi yerdən çıxarılıb. İstintaq əmindir ki, killer həmin vaxt Ukraynadakı xüsusi təyinatlı bölmələrdən birində qulluq edib və məxsusi olaraq bu əməliyyat üçün Moskvaya dəvət edilib.

Aslan Usoyan 2013-cü ilin yanvarında Moskvanın mərkəzində başından aldığı güllə yarası nəticəsində Botkin adına xəstəxananın reanimasiyasında ölüb.

Ded Hasanın nüfuzu postsovet məkanından tutmuş Qərbi Avropayadək kriminal dünyasında yayılmışdı. Bəzi məlumatlara görə, o, Qafqaz cinayətkar qruplaşmasının lideri olub. Ded Hasan həmçinin Rusiyanın ən nüfuzlu kriminal liderləindən və "qanuni orğu"larından biri idi.

Qeyd edək ki, 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev (Rövşən Lənkəranski) qətlə yetirilib. Onun qətlinin "Ded Hasan klanı" tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Ehtimala görə, Rusiya mafiyasının xaç atası Aslan Usoyanın – Ded Hasan klanının davamçıları hələ də inanırlar ki, onların rəhbərinin öldürülməsini Türkiyədə Rövşən Lənkəranskiyə sifariş ediblər. Xatırladaq ki, Ded Hasan 16 yanvar 2013-cü ildə Moskvada Povarskoy küçəsindəki "Starıy Fayton" restoranındakı "mənzil-qərargahı"ndan çıxarkən öldürülüb.

O vaxt İtaliyanın "Corriere della Sera" qəzetinin müxbiri Quido Olimpio yazmışdı ki, Usoyanın qətli bu yaxınlarda Parisdə kürd fəalların öldürülməsi ilə bağlı ola bilər.

"Lotu Quli"nin adamları cinayət başında yaxalanıblar - VİDEO>>

10 yanvar 2013-cü ildə aralarında Kürd İşçi Partiyasının siyasi üsyançı təşkilatının qurucularından biri Səkinə Qansızın da olduğu 3 qız öldürülmüşdü. Onlar Fransa paytaxtındakı Kürd İnstitutunun informasiya mərkəzində başlarından aldıqları güllə yarasından ölmüş şəkildə tapmışdılar.

Müəllifin fikrincə, Tbilisidən olan milliyyətcə yezdi kürdü, 75 yaşlı "qanuni oğru" Usoyan separatçı hərəkatla əlaqəli olub və Türkiyə kürdlərini silahla təchiz edib.

"Bir sıra məlumatlara görə, Usoyan Türkiyənin kürd hərəkatını – Kürd İşçi Partiyasıdan Mehmet Öcalanı silahla təchiz edənlərdən biri olub. Əgər onlar "Kalaşnikov" və qranatomyot istəsəydilər, ona müraciət edə bilərdilər. O isə onların tələbatını ödəyirdi", – deyə "Corriere della Sera" məlumat verib.

Mehmet Öcalan Türkiyədə qanunsuz fəaliyyət göstərən Kürd İşçi Partiyasının (PKK) lideri Abdulla Öcalanın qardaşıdır. Olimpio əlavə edib ki, sözügedən insident Türkiyə hakimiyyəti PKK-nın siyasi qanadı ilə danışıqlara başlayandan sonra baş verib. Müxbirin fikrincə, kriminal avtoritetin aradan götürülməsi kürdlərlə sülhün əldə olunmasına mane olmaq məqsədi daşıyıb və "pərdəarxası manevrlər"ə bir misaldır.

Usoyanın ölümü ilə bağlı kriminal situasiyalar üzrə ekspertlərin ən müxtəlif versiyaları var idi. Onlardan ən geniş yayılanı bu idi ki, Ded Hasanın öldürülməsi Merab Suxumski adı ilə məşhur olan kriminal avtoritet Merab Canqveladze ilə Rövşən Lənkəranskinin əl işidir. Usoyanın öldürülməsini Türkiyə hakimiyyəti onlara sifariş edib. Səbəb isə Usoyanın kürd terrorçuları maliyyələşdirməsidir.

Türkiyədə Canıyevə sığınacağın verilməsi ekspertlərin nə üçün məhz belə fikirləşdiklərini başa düşməyə kömək edir.

İnformasiyalı mənbə Sputnik Azərbaycan-a bildirmişdi ki, Canıyevin öldürülməsinin "Ded klanı"nın işi olması ehtimalı istisna edilmir, amma bu hələ təsdiqini tapmayıb. Rusiya İstintaq Komitəsinin Aslan Usoyanın Merab Suxumskinin sifarişi ilə öldürüldüyü barədə istintaq materialları təsdiqini tapsa, Rövşən Lənkəranskinin də bu qətldə iştirak edib-etmədiyi ortaya çıxacaq. Bu, Lənkəranskinin özünün də qətlinin üstünün açılmasına vəsilə olacaq.

3780
Qaz kəmərində partlayış, arxiv şəkli

Partlayış baş verən qaz kəməri ilə bağlı SOCAR-dan açıqlama gəldi

602
"Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir".

BAKI, 7 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib:

"Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir. Qaz-İxrac İdarəsinin rəhbərliyi hazırda hadisə yerinə gedib və dəqiqləşdirmə aparılır. Partlayış yaşayış sahəsindən kənarda baş verib. Buna görə xəsarət alan da yoxdur. Boru kəməri bağlanıb və ona qaz verilmir. Boruda qaz qurtaranda yanğın da sönəcək".

İ. Əhmədov deyib ki, partlayışa görə həmin ərazidə qaz təchizatında müvəqqəti fasilə yarana bilər.

602
Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi Hacıqabuldakı yanğınla bağlı məlumat yaydı

253
İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub.

BAKI, 7 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyi Hacıqabulda baş verən yanğınla bağlı məlumat yayıb. 

Bununla bağlı Nazirliyin rəsmi saytında məlumat dərc edilib:

“İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək”.

253
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

0
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

0