Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda küçəyə atılan uşaqla bağlı yeni xəbər

CC0 / rawpixel.com / Körpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev bilridib ki, küçəyə atılan uşağın vəziyyəti ağırdır:

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. Bakıda küçədən yeni doğulmuş uşaq aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, yeni doğulmuş oğlan uşağını küçədə Lökbatan qəsəbə sakini aşkar edib və sağ olduğundan polisə məlumat verib. İlkin araşdırma zamanı uşağın vaxtından əvvəl doğulduğu məlum olub və uşaq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır. Hələlik uşağın kim tərəfindən küçəyə atıldığı məlum deyil.

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bilridib ki, küçəyə atılan uşağın vəziyyəti ağırdır: "Uşağın üç gündür ki, doğulduğu müəyyən edilib. Uşaq küçədə soyuqda qaldığından onda soyuq travması müşahidə olunur. Hazırda İnstitutun peşəkar tibbi heyəti tərəfindən uşağın səhhəti nəzarətdə saxlanılır, müalicəsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir".

Xəbər lenti
0