Canavarlar xırdabuynzlu heyvanlara hücum edib, arxiv şəkli

Zaqatalada canavarlar fermaya hücum edib, xeyli qoyunu qırdı

27
(Yenilənib 12:32 14.10.2019)
Təsərrüfat sahiblərinin dediyinə görə, qısa müddətdə fermadan evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib

BAKI, 14 oktyabr — Sputnik. Zaqatalada canavarlar xırdabuynuzlu heyvanların saxlanıldığı fermaya hücum edib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib.

Kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum edən yırtıcılar ümumilikdə 160 baş xırdabuynuzlu heyvandan 40-nı parçalayıb.

Təsərrüfat sahiblərinin dediyinə görə, qısa müddətdə fermadan evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib. 13 baş heyvanı yerindəcə öldürən canavarlar 30-a yaxınını yaralayıb. Hadisə ilə bağlı baytar nəzarət xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti altında ölmüş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dava-dərman verilib.

27
Teqlər:
Zaqatala, qoyun, hücum, canavar
Əlaqədar
Abşeronda görünməmiş olay: Canavarlar 400 qoyunu parçaladı - FOTOLAR
Oğuzda canavar dörd nəfəri yaraladı - ikisi uşaqdır
Canavarın Oğuz hücumunun dəhşətli görüntüləri
Bərdədə canavarlar kəndə hücum çəkdi, xeyli davar tələf oldu