Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Doqquz yaşlı uşaq küçədə transformatora girib yandı

37
(Yenilənib 11:17 11.10.2019)
Bakıda azyaşlı qapısı açıq olan elektrik transformatoruna daxil olaraq gərginliyə toxunub və yanıq xəsarətləri alıb

BAKI, 11 oktyabr — Sputnik. Azyaşlı uşaq transformatorda yandı. Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kV gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub. Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.

37
Teqlər:
Bakı, xəsarət, yanıq, uşaq, transformator
Əlaqədar
Bakıda transformatorda yanğın olub
Bakıda ikiqat dəhşət: qohumunu öldürüb, özünü transformatora saldı
Xırdalanda uşaq 6-cı mərtəbədən yıxılıb