Bakıda Mercedes Gelandewagen yandı, arxiv şəkli

Bakıda "Gelandewagen" qəfil alışdı

29
(Yenilənib 22:35 09.10.2019)
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və yanğının qarşısı alınıb

BAKI, 9 oktyabr — Sputnik. Bakının Xəzər rayonu ərazisində avtomobil yanıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə aeroport şossesində, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb. 10-PP-222 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobil qəfildən alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və yanğının qarşısı alınıb. Bununla belə, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

29
Teqlər:
Bakı, "Mercedes Gelandewagen" markalı avtomobil, yanğın, avtomobil