Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda qadına 18 bıçaq zərbəsi vurdular

© pixabay / PublicDomainPicturesНож в руке мужчины, фото из архива
Нож в руке мужчины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nizami rayon Polis İdarəsi və Şəki rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əkbərov saxlanılıb.

BAKI, 9 oktyabr - Sputnik. Bakıda qətl törədilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Əkbərov hadisəni törətdikdən sonra Şəki rayonuna qaçıb.

Nizami rayon Polis İdarəsi və Şəki rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əkbərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Xəbər lenti
0