Açıq dənizdə balıqçılar, arxiv şəkli

Xəzərdə 4 balıqçımız itkin düşüb

30
Oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanda 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

30