Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Qaxda partlayış olub: yaralılar var

96
(Yenilənib 11:41 08.10.2019)
İlkin məlumata görə, partlayış qazıntı işləri aparılan zaman baş verib. Hadisədə beş nəfər yaralanıb

BAKI, 8 oktyabr — Sputnik. Qaxda partlayış olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Partlayış nəticəsində 5 nəfər rayon sakini xəsarət alıb. Xəsarət alanlar - 39 yaşlı Nuruşvili Tamazi, 49 yaşlı Zeynalaşvili Cemali, 26 yaşlı Daroşvili Sardion, 31 yaşlı Nuroşvili Dato və Papiaşvili Beka rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, partlayış qazıntı işləri aparılan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

96
Ov tüfəngi

Qazax səhəri atəş səsi ilə açdı Bu dəfə ər arvadını güllələyib

7
(Yenilənib 10:06 04.08.2020)
Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKI, 4 iyul – Sputnik. Qazax rayonunda qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Belə ki, 49 yaşlı Osmanlı Ayaz Kərəm oğlu həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güllələyib. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Artıq Osmanlı Ayaz polis tərəfindən saxlanılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

7

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

8
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

8
Milli Məclis

Milli Məclis təcili toplaşır –  Deputatları məzuniyyətdən geri çağırıblar

0
(Yenilənib 11:34 04.08.2020)
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı.

BAKI, 4 iyul – Sputnik. Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.

Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün – avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclası keçiriləcək. Komitə iclaslarında 2020-ci ilin dövlət büdcəsinin zərfinə daxil olan məsələlər müzakirə olunacaq. Avqustun 5-i, 6-ı və 7-də isə Milli Məclisin plenar iclasları keçiriləcək.

Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılıblar.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı.

0