CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Binəqədi polisi hərəkətə keçdi

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения"
Пресс-конференция на тему Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər

BAKI, 8 oktyabr — Sputnik. Polis Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat keçirib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

 “Seyid” ləqəbi ilə tanınan  Mirhəmid Mehdiyev  - Sputnik Azərbaycan
HADİSƏ
Bir "Seyid"ə bax, bir də əməlinə - FOTO
 Kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər Binəqədi qəsəbəsi sakinləri, məhkum olunmuşlar - Yusif Allahverdiyev, Nicat Novruzlu, Elçin Həsənov və Heybət Abbasov - saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Xəbər lenti
0