Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yük avtomobili ilə minik avtomobili toqquşdu, üç nəfər xəsarət aldı

© Sputnik / Rahim MuradovLənkəranda ölümlə nəticələnən qəza
Lənkəranda ölümlə nəticələnən qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alan şəxslər dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. "Mercedes"in sürücüsü Ə.Əsgərov və sərnişini R.Əsgərov Reanimasiya şöbəsinə yerləşdirilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr - Sputnik. Ələt-Astara magistral yolunun Astaranın Təngərüd kəndi ərazisindən kecən hissəsində yük avtomobili ilə minik avtomobili toqquşub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, Təngərüd kənd sakini, 1994-cü il təvəllüdlü Əhməd Sabutay oğlu Əsgərovun idarə etdiyi 90-MR-526 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yoluna çıxan iribuynuzlu heyvan onun idarəetməni itirməsinə səbəb olub.

İdarəetmədən çıxan "Mercedes" qarşıdan gələn həmkəndlisi, 1965-ci il təvəllüdlü Arzu Əsgərovun idarə etdiyi 99-GE-476 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı yük avtobili ilə toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. "Mercedes"in sürücüsü Ə.Əsgərov və sərnişini, 1993-cü il təvəllüdlü Ramiz Pərviz oğlu Əsgərov Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti daha ağır qiymətləndirilən R.Əsgərov üçün Bakıdan həkim briqadası çağırılıb. Digər yaralı, "Ford"un sərnişini, 1972-ci il təvəllüdlü Kəmalə Şair qızı Allahverdiyevanın isə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki, qəzaya düşən hər iki avtomobildəki şəxslər Təngərüd kənd sakinləri və qohumdurlar. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0