Mikroavtobus qəzası, arxiv şəkli

Hacıqabulda mikroavtobus qəzaya uğradı, yaralılar var

33
(Yenilənib 18:27 05.10.2019)
Mikroavtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində xəarət alanlar Şirvan Xəstəxanasına yerləşdiriliblər

BAKI, 5 oktyabr — Sputnik. Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı sərnişin mikroavtobusu “Mercedes” markalı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 3 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

33
Teqlər:
yaralılar, Hacıqabul, "Ford" markalı mikroavtobus, qəza
Əlaqədar
Azərbaycanlı şairin oğlu qəzaya düşdü, vəziyyəti ağırdır
Bərdədə ağır qəza, ölənlər var
Səhər çağı qəzaya düşdülər, yoldaşları öldü, yaralılardan birinin vəziyyəti ağırdır
Maşını elə sürdü ki, mühərriki uçub kanala düşdü - altı kəndi hiddətləndirən qəza
Krımda sel suları

Məşhur kurort şəhəri selə təslim oldu, evlər, maşınlar su altında

13
(Yenilənib 14:58 19.06.2021)
Turistlərin sevimli məkanlarından olan Yalta şəhərinin sakinləri təbiətin qəzəbini öz üzərlərinə hiss ediblər.

BAKI, 19 iyun — Sputnik. Rusiyanın Yalta şəhərini sel basıb. Yüzdən artıq ev suyun altında qalıb. Şəhərdə su təchizatı dayandırılıb. Bu barədə şəhər administrasiyasının başçısı Yanina Pavlenko məlumat verib.

Bundan əlavə, onun sözlərinə görə, 7 211 abonentin elektrik təchizatı dayandırılıb.

608 nəfər təxliyə olunub, onlardan 50-si həddi-buluğa çatnmayanlardı. 235 abonentin qaz təchizatı dayandırılıb.

Pavlenko bildirib ki, artıq problemlər həll olunur, bir çox yerlərdə elektrik bərpa olunur, suyun verilməsinin bərpası isə axşama planlaşdırılıb.

Şəhərdə sel suyunun kənara və xüsusi yerlərə vurulması prosesi təşkil edilib. Bundan əlavəı, maşınlarla içməli suyun təchizatı təşkil olunub.

Krımda yağan yağışlar iyunun 17-də güclü daşqınlara səbəb olub, nəticədə yarımadanın şərqində 300-dən artıq ev suyun altında qalıb, bir gecəyə buraya iki aylıq normada yağıntı düşüb. Cümə günü kəskin hava şəraiti Yaltaya doğru irəliləyib, nəticədə çaylar məcralarından çısıb, küçə evlər suyun altında qalıb.

13
Приморский парк в Баку

Bazar günü 40 dərəcəyədək isti olacaq

178
(Yenilənib 13:00 19.06.2021)
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25 isti, gündüz 30-35 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

178
Şenol Günəş, arxiv şəkli

Günəş Türkiyə millisinin AVRO-2020-də uğursuz çıxışına görə üzr istəyib

0
Baş məşqçi bildirib ki, Avropa çempionatının açılış oyununda İtaliya komandasına böyük hesabla məğlubiyyət türk futbolçularına pis təsir edib.

 

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avropa çempionatndakı çıxışına görə üzr istəyib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz bura yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", – deyə Günəş mətbuat konfransında bildirib.

Xatıqladaq ki, ilk turda Türkiyə millisi İtaliya komandasına (0:3), ikinci turda isə Uels komandasına məğlub olub (0:2).

"Romadakı ilk oyunun pis təəssüratları bizə çox təsir etdi. Biz həm oyunda,həm də nəticədə özümüzə inamı itirdik. Meydanda gördüklərimiz bizi həvəsdən saldı. Uels yığması ilə oyunun birinci hissəsində də eyni şey oldu. Biz iki oyundan sonra belə bir vəziyyətə düşəcəyimizi təsəvvürümüzə də gətirməzdik. Biz Türkiyədə insanların bizə nə qədər etimad etdiyini bilirik, lakin onların gözləntilərini doğrulda bilmədik", - deyə baş məşqçi bildirib.

0