Xəstəxana, arxiv şəkli

Bakıda 6 yaşlı uşaq poliklinikada öldü

68
(Yenilənib 10:04 01.10.2019)
2013-cü il təvəllüdlü Ayan Şahbazlı vəfat edib. Uşaq şəkərli diabet xəstəsi imiş. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır

BAKI, 1 oktyabr — Sputnik. Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 6 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, 2013-cü il təvəllüdlü Ayan Şahbazlı vəfat edib. Uşaq şəkərli diabet xəstəsi imiş.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

68
Ov tüfəngi

Qazax səhəri atəş səsi ilə açdı Bu dəfə ər arvadını güllələyib

9
(Yenilənib 10:06 04.08.2020)
Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKI, 4 iyul – Sputnik. Qazax rayonunda qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Belə ki, 49 yaşlı Osmanlı Ayaz Kərəm oğlu həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güllələyib. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Artıq Osmanlı Ayaz polis tərəfindən saxlanılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

9

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

8
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

8
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Bir gündə 5 min yoluxma: Rusiyada ölənlərin sayı artır

0
(Yenilənib 12:21 04.08.2020)
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib

BAKI, 4 avqust — Sputnik. Son bir sutka ərzində Rusiyada 5159 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 144 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7878 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 661471-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,2 milyonu keçib, 693 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0