Bakı şəhər sakinləri Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva

Bakıda Hollivud komediyasına layiq cinayət - FOTO

154
(Yenilənib 18:18 27.09.2019)
Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb

BAKI, 27 sentyabr — Sputnik. Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Səbail RPİ Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Səbinə Atakişiyeva
© AR Ministry of Internal Affairs
Səbinə Atakişiyeva

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyeva evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb. Qeyd edək ki, həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

Basdırılmış seyf
© AR Ministry of Internal Affairs
Basdırılmış seyf

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

154
Teqlər:
oğurluq, seyf, pul, Bakı
Əlaqədar
Neft buruqlarının mühərriklərini oğurlayan şəxslər saxlanılıb
Soyğun üzrə rekordçu Binəqədidə ələ keçdi
Zəhlənizi tökəcəklər, amma pulunuz cibinizdə qalacaq
Turisti İtaliyada soydular, dilbilməz polisə dərdini ariya ilə anlatdı
Gəncədə müqəddəs yerə qarşı hörmətsizlik edildi

Milli Parkın ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb

3
Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb.

BAKI, 17 sentyabr — Sputnik. Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbirlər zamanı Masallı rayonu Qızılağac kəndi istiqamətində Qızılağac Milli Parkının Böyük Körfəz su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon sakinləri İlkin Qurbanov və Alim Həsənov saxlanılıblar.

Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb. İ.Qurbanov və A.Həsənovun ümumilikdə təbiətə 2211 manat dəyərində maddi ziyan vurduqları müəyyən edilib.

Onu da bildirək ki, Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları ekoloji cinayət törədənlərlə yanaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini də davam etdirir. Təkcə cari ilin ötən dövrü ərzində şöbə əməkdaşları tərəfindən 7 kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Həmçinin oxuyun:

Bacarıqları heyrətləndirir, amma polis daha peşəkar çıxdı - VİDEO

3
Teqlər:
balıq, milli park
PPX avtomobili, arxiv şəkli

Boşanmaq istəyən qadını qardaşı qətlə yetirdi

22
(Yenilənib 18:12 16.09.2021)
Dilarə Nəsirova bir müddət öncə ailəsində olan münaqişələr səbəbindən həyat yoldaşından boşanmaq qərarına gəlib. Bu səbəbdən atası evinə qayıdıb.

BAKI, 16 sentyabr — Sputnik. Kürdəmirdə qardaş bacısını qətlə yetirib. Hadisə azyaşlı uşaqların gözü qarşısında baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, qardaş əvvəllər də dəfələrlə bacısı ilə mübahisə edib. Qətl hadisəsi Kürdəmir şəhəri Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Şəhər sakini, 37 yaşlı Xəyal Şıxalıyev bacısının qaldığı evə, nənəsigilə gəlib. Nənəsini aldadaraq otağa keçən Xəyal 35 yaşlı Dilarə Nəsirova ilə əvvəlcə mübahisə edib, sonra xəsarət yetirib.

Qonşuların sözlərinə görə, Dilarə Nəsirova bir müddət öncə ailəsində olan münaqişələr səbəbindən həyat yoldaşından boşanmaq qərarına gəlib. Bu səbəbdən atası evinə qayıdıb, ancaq nənəsi tək yaşadığı üçün bir neçə gün imiş ki, onun yanında qalırmış.

Xəsarət yetirilən qadını qonşuları dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar, ancaq o, yolda dünyasını dəyişib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Qətli törədən Xəyal Şıxalıyev saxlanılıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Eləcə də oxuyun:

22
Teqlər:
hadisə, qətl, Kürdəmir, bacı, qardaş, mübahisə, boşanma