CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə müqəddəs yerə qarşı hörmətsizlik edildi

Abunə olmaq
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pənahov saxlanılıb

BAKI, 27 sentyabr — Sputnik. Gəncədə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahındakı bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gül qabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0