Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

10
(Yenilənib 12:06 23.09.2019)
"3 baladək olan yeraltı təkanların aktivliyinə görə Şamaxı, İsmayıllı rayonları, Talış zonası daha çox seçilir", - Qurban Yetirmişli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Bu gün səhər 10:45-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

 Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib. O bildirib ki, yeraltı təkanlar quruda qeydə alınmadığı üçün zəlzələ ballıq sistemlə qiymətləndirilməyib: "Yeraltı təkanlar dənizdə baş verdiyi üçün onun episentri yox, hiposentrinin dərinliyi və gücü müəyyənləşdirilir. Bu gün baş verən yeraltı təkanlar dənizin 62 kilometr dərinliyində qeydə alınıb".

O, yeraltı təkanların aktiv olduğu ərazilər haqda da danışıb: "Ölkə ərazisində hər gün 3 baladək zəlzələlər baş verir. 3 baladək olan yeraltı təkanların aktivliyinə görə isə Şamaxı, İsmayıllı rayonları, Talış zonası daha çox seçilir".

10
Teqlər:
Xəzər dənizi, zəlzələ