CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qobustanda külək, Saatlıda maşın – Abonentlər qazsız qaldı

© pixabay / Andreas LischkaГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, əlaqədar department, şöbə və idarələrə ötürülən qəza məlumatlarının dərhal aradan qaldırlmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb

BAKI, 22 sentyabr — Sputnik. Ötən gecə 03:30 radələrində qəzaya uğrayan “Mersedes” markalı avtomobil Saatlı rayonu M.F.Axundov küçəsindən keçən diametri 159 mm olan daşıyıcı qaz kəmərini zədələyib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kəmər bir yerdən qırılıb.

Qaz ventili, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azəriqaz"dan söz: kart ala biləcəksiniz

Nəticədə Saatlı rayonunun H.Əliyev prospektinin bir hissəsi, E.Hüseynov və Cavanşir küçələrində 300 abonentin qaz təchizatı dayandırılıb.

Qaradağ rayonunun Qobustan qəsəbəsində də qəza qeydə alınıb. Belə ki, 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 mm olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb. 

Gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə “Azəriqaz” İstehsalat Birliyinin 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, əlaqədar department, şöbə və idarələrə ötürülən qəza məlumatlarının dərhal aradan qaldırlmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb.

Xəbər lenti
0