BAKI, 21 sentyabr - Sputnik. Türkiyədə dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Qaziantepdə iki ay öncə sevdiyi qızı qaçıran gənc toy günündə gəlinin qardaşı və dayısı tərəfindən boğazı kəsilərək öldürülüb.
Bəyin anası da hadisə zamanı bıçaqlanıb. O ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onun həyatını xilas etmək üçün həkimlər tərəfindən aparılan mücadilələr davam etdirilir.
Hadisəni törədənlər olay yerindən qaçıblar. Onlar polis tərəfindən axtarılır.
Gəlin maşınının şüşələrinin üzərində yazılan, "sevmək, sevilmək, yaşamaq və yaşatmaq üçün", sözləri isə olay yerində olan hər kəsi qəhərləndirib.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.