Mikroavtobus qəzaya uğrayıb, arxiv şəkli

Rusiyada azərbaycanlıları aparan avtobus qəzaya düşdü Ölən yaralılar var

59
(Yenilənib 10:38 20.09.2019)
Qəza nəticəsində həlak olanlar 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir

BAKI, 20 sentyabr — Sputnik. Rusiyada Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus qəzaya uğrayıb. 

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən bildirir ki, hadisə Dağıstanın Qayakənd rayonunun "Kavkaz" avtomobil yolunda baş verib.

Məlumata əsasən, "Lada Qranta" və "Hyundai Solaris" markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, 8 nəfər yaralanıb. Qəza nəticəsində həlak olanlar 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir.

Yaralılar Qayakənd xəstəxanasına çatdırılıblar. Xəstəxanaya yerləşdirilənlərdən üçünün Azərbaycan vətəndaşı olduğu bildirilir. Hazırda faktla bağlı araşdırmalar aparılır.

59
Teqlər:
mikroavtobus, azərbaycanlılar, Rusiya, qəza
Əlaqədar
Şəkidə mikroavtobus aşıb, ərəb qonaqlarla yerlilər yaralanıblar
Bakıya gələn mikroavtobus qəzaya düşdü, ölən və yaralılar var - VİDEO
Azərbaycanlıların qəzaya düşdüyü mikroavtobusla bağlı açıqlama
İki mikroavtobusu yandıran şəxs ələ keçdi - FOTO