CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevgisinə görə intihara əl atdı

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Reanimasiya şöbəsinə yerləşdirilən Ramin 6 gün komada qalıb. Gənc bu gün səhər saatlarında dünyasını dəyişib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Xaçmazda intihar hadisəsi baş verib.

Ağlayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Xilasedicilər intihar etmək istəyən qadını xilas etdi - FOTO
 Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun İzmaylovka adlanan qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Ramin Cəbrayılov sentyabrın 12-də səhər saatlarında yaşadığı evdə özünü asıb.

Gənci asılı vəziyyətdə görən ailə üzvləri onu təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Reanimasiya şöbəsinə yerləşdirilən Ramin 6 gün komada qalıb. Gənc bu gün səhər saatlarında dünyasını dəyişib.

İlkin ehtimala görə, intiharın səbəbi sevgi münasibətlərində yaranan problem olub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb

Xəbər lenti
0