Çaqqal

Çaqqal Qax sakininə hücum edib

28
Xəstəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr - Sputnik. Qax şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Bilalov yırtıcı heyvan dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Müayinə zamanı R.Bilalovu yaşadığı ünvanda çaqqallın dişlədiyi məlum olub. Xəstəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, Qax rayonunda belə hadisə bu ayda 2-ci dəfə baş verir. Bir neçə gün öncə rayonun Əlibəyli kənd sakini Liya Baraxaşvilini bağda fındıq yığarkən çaqqal dişləmişdi.

28