Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaxda yol qəzası olub, xəsarət alan var

© pixabay / NettoFigueiredoQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

BAKI, 15 sentyabr - Sputnik. Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə axşam saatlarında Qax-Qıpçaq yolunun 10-cu kilometrliyində, rayonun Keşqutan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Mircəlal Kərim oğlu Nəsrullayevin idarə etdiyi 99-KX-126 dövlət qeydiyyat nişanlı, "Opel Vectra" markalı avtomobil meşə ərazisində lidarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0